Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində İrlandiyanın “Şelburn” klubu ilə qarşılaşacaq “Qarabağ” ciddi itki ilə üzləşib.
“Den.az” xəbər verir ki, komandanın yarımmüdafiəçisi Marko Yankoviç zədələnib.
Monteneqrolu futbolçu Ağdam klubu ilə səfərə aparılmayıb. O, Bakıdadır və müalicə alır.
M.Yankoviçin cavab matçına qədər meydana qayıdacağı gözlənilir.