ABŞ Prezidenti Donald Tramp futbol üzrə 2026-cı il dünya çempionatının qrup mərhələsinin ilk turunda Paraqvay üzərində qələbə qazanan ABŞ millisini təbrik edib.
Tramp bu barədə özünün Truth Social sosial şəbəkə hesabında paylaşım edib.
“ABŞ millisini çox güclü Paraqvay komandası üzərində 4:1 hesablı böyük qələbə münasibətilə təbrik edirəm. Belə davam edin!” — deyə o yazıb.
Qeyd edək ki, iyunun 13-nə keçən gecə ABŞ yığması dünya çempionatının qrup mərhələsinin ilk turunda Paraqvay millisini 4:1 hesabı ilə məğlub edib.
Matçda vurulan 4 qol ABŞ millisi üçün mundial tarixində bir oyunda qeydə alınan rekord göstərici olub.

