“Napoli”nin yarımmüdafiəçisi Skott Maktominey ürəyində aşkarlanan yüngül xoşxassəli aritmiya səbəbindən əməliyyat keçirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 29 yaşlı futbolçuya ürək ablasiya əməliyyatı icra olunub və prosedur uğurla başa çatıb.
Məlumata görə, Maktominey təxminən iki həftə yaşıl meydanlardan kənarda qalacaq və bundan sonra məşqlərə qayıdacaq.
Şotlandiyalı yarımmüdafiəçi 2024-cü ildən “Napoli”də çıxış edir. O, cari mövsümdə iki oyunda meydana çıxsa da, məhsuldar göstərici ilə yadda qalmayıb.
Futbolçunun “Napoli” ilə müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədədir. Transfermarkt portalına əsasən, onun bazar dəyəri 40 milyon avro qiymətləndirilir.

