“Atletiko Madrid”in hücumçusu Xulian Alvaresin transferi üçün danışıqlar aparır.
Bu barədə El Chiringuito məlumat yayıb.
Məlumata görə, Fransa klubu 26 yaşlı forvard üçün 150 milyon avrodan çox ödəməyə hazırdır.
Xulian Alvares 2024-cü ilin yayından “Atletiko Madrid”də çıxış edir.
Hücumçu cari mövsümdə bütün turnirlərdə 49 oyunda meydana çıxaraq 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun klubla müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.
Transfermarkt portalının məlumatına əsasən, oyunçunun bazar dəyəri 90 milyon avro qiymətləndirilir.

