Bakının “Neftçi” futbol klubu venesuelalı hücumçu Freddi Varqasla müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu ilə müqavilə “2+1” formatında bağlanıb. Saziş iki il müddətinə nəzərdə tutulub və daha bir mövsüm uzadıla bilər.
“Transfermarkt” portalının məlumatına görə, Varqasın bazar dəyəri 900 min avro olaraq qiymətləndirilir.
Hücumçu 2025-ci ilin yayında İsrailin “Makkabi Netanya” klubundan birillik icarə əsasında “Neftçi”yə keçmişdi. Müqavilədə sonradan transfer hüququnun alınması imkanı da nəzərdə tutulmuşdu.
Varqas Bakı klubunun heyətində 34 oyuna çıxıb, 5 qol vurub və 8 məhsuldar ötürmə edib.
Venesuela millisinin üzvü olan futbolçu karyerası ərzində “Deportivo Lara” və ABŞ-ın “Dallas” klublarında da çıxış edib.

