ABŞ-nin “İnter Mayami” klubu Meksikanın “Krus Azul” komandasını 2:0 hesabı ilə məğlub edərək Çempionlar Kubokunun qalibi olub.
Liqa saytının məlumatına görə, MLS və Meksika çempionatının qalibləri arasında keçirilən qarşılaşmada qolları Lionel Messi və Kazemiro vurublar.
Bu görüş Messi üçün xüsusi əhəmiyyət daşıyıb. Argentinalı ulduz “İnter Mayami”nin heyətində keçirdiyi 115-ci matçda klub üçün 100-cü qolunu vurub. Bununla da onun peşəkar karyerası ərzində vurduğu qolların ümumi sayı 929-a çatıb.
Messi eyni zamanda karyerasının 49-cu titulunu qazanıb. Onun hesabında “Barselona” ilə 35, PSJ ilə 3, “İnter Mayami” ilə 5, Argentina millisi ilə isə 6 titul var. Milli komanda ilə qazandığı kuboklar arasında dünya çempionluğu da yer alır.

