İngiltərənin “Mançester Yunayted” klubu “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopesi transfer etmək üçün 150 milyon avroya qədər vəsait ödəməyə hazırdır.
“El Nacional” nəşrinin məlumatına görə, İngiltərə təmsilçisi 23 yaşlı ispaniyalı futbolçunu komandanın hücum potensialını əhəmiyyətli dərəcədə gücləndirə biləcək oyunçulardan biri hesab edir.
Lakin “Barselona” öz yetirməsi ilə yollarını ayırmaq niyyətində deyil. Fermin Lopesin özü də Kataloniya klubunu tərk etmək istəmir. Bu isə mümkün transferlə bağlı danışıqları xeyli çətinləşdirir.
İspaniyalı yarımmüdafiəçi 2026/27 mövsümündə meydana çıxdığı 7 qarşılaşmada 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

