İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev noyabrın 27-də azadlığa buraxılıb.
Denmedia.az xəbər verir ki, sabiq icra başçısı həbsdən çıxdıqdan sonra ilk dəfə “Qafqazinfo”ya açıqlama verib.
Vilyam Hacıyev səhhəti ilə bağlı müraciətinə müsbət baxılmasına və göstərilən humanizmə görə Prezident İlham Əliyevə təşəkkür edib.
Sabiq icra başçısı azadlığa çıxdıqdan sonra Fəxri xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın məzarlarını ziyarət edib.
Səhhətindən danışan Vilyam Hacıyev artıq müalicəyə başladığını bildirib.
Xatırladaq ki, Vilyam Hacıyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. O, cəzasının yarıdan çoxunu çəkməsi və səhhəti nəzərə alınaraq cəzasının çəkilməmiş hissəsindən şərti olaraq azad edilib.

