Belçikalı milyonçunun həyat yoldaşı İsveçrədə mağazadan oğurluq edərkən yaxalanıb.
Denmedia.az HLN nəşrinə istinadən xəbər verir ki, 3,8 milyon avroluq sərvətə sahib olan və adı açıqlanmayan qadın çantasının dibindəki 15-ə yaxın məhsulun pulunu ödəmədən mağazanı tərk etməyə çalışıb.
Qadın ümumi dəyəri 366 avrodan çox olan məhsulları özünəxidmət kassasında qeydiyyatdan keçirməyib. Diqqətli mühafizəçi onu çıxışda saxlayaraq polis çağırıb.
Saxlanılan qadının avtomobilində və evində axtarış aparılıb. O, gecəni polis bölməsinin kamerasında keçirməli olub. Yalnız ertəsi gün prokurorluqda dindirildikdən sonra sərbəst buraxılıb.
Cenevrə məhkəməsi qadını təqsirli bilib. Lakin o, hökmlə razılaşmayaraq İsveçrə Federal Ali Məhkəməsinə apellyasiya şikayəti verib.
Qadın müdafiəsində oğurluq etmək niyyətinin olmadığını, sadəcə bank kartını avtomobilindən götürmək üçün mağazadan qısa müddətə çıxmaq istədiyini bildirib. O, əlindəki üç məhsulu yenidən rəflərə qoyduğunu, çantasındakı 15 məhsulu isə “tamamilə unutduğunu” iddia edib.

