İtaliyalı pilot Kimi Antonelli “Formula-1” üzrə İtaliya Qran-Prisində möhtəşəm geri dönüşə imza ataraq qalib gəlib.
“Mercedes” pilotu yarışa 19-cu yerdən başlasa da, finiş xəttini birinci keçib. Onun komanda yoldaşı Corc Rassell ikinci, “Red Bull” pilotu Maks Ferstappen isə üçüncü olub. Antonelli bununla 1966-cı ildən bəri Monzada qalib gələn ilk italiyalı pilot kimi tarixə düşüb.
Yarışın sonlarında Antonelli ilə Rassell arasında gərgin mübarizə yaşanıb. İki pilot az qala təmas yaşasa da, Antonelli üstünlüyünü qoruyaraq doğma trasda qələbəni əldən verməyib.
Bu, Antonellinin mövsümdə 7-ci qələbəsi olub və o, çempionatda Rassell üzərində üstünlüyünü 66 xala çatdırıb.
Denmedia.az

