ABŞ prezidenti Donald Tramp bir sıra Braziliya kənd təsərrüfatı məhsullarının — o cümlədən qəhvə və kakao — idxalını 40 faiz rüsumdan azad etdikdən sonra dünya qəhvə qiymətləri kəskin şəkildə düşüb. Reuters yazır ki, qərar ABŞ-da ərzaq qiymətlərinin yüksəlməsindən narazı olan istehlakçıların fonunda qəbul edilib.
Agentliyin məlumatına görə, sentyabr ayında ABŞ-da pərakəndə qəhvə qiymətləri illik müqayisədə 40 faiz artmışdı. Braziliya isə öz qəhvə məhsulunun təxminən üçdə birini ABŞ-a ixrac edir.
Trampın rüsumları yumşaltması xəbəri yayıldıqdan sonra ICE birjasında arabika qəhvəsinin fyuçers qiyməti 4,6 faiz düşərək funtuna 3,5925 dollar olub. Robusta qəhvəsinin qiyməti isə 5 faiz aşağı düşərək tonuna 4 400 dollar səviyyəsinə enib.

