Almaniyanın avtomobil istehsalçısı Mercedes-Benz və ölkənin digər avtomobil markaları müdafiə sifarişlərinə fokuslanır. Bu barədə Bild qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Fransa artıq 7 min Zetros yük maşını sifariş edib və Almaniyanın pilotsuz uçuş aparatları istehsalçısı Quantum Systems ilə tərəfdaşlıq sazişi bağlayıb.
Bild qeyd edir ki, Bundesver də Daimler Trucks şirkətinə logistika ehtiyacları üçün yüzlərlə Arocs 6x6 yük avtomobili sifariş edib. Mercedes bu şirkətdə 30 faizlik paya malikdir. Oxşar sifariş Litva tərəfindən də verilib.
Jurnalistlərin məlumatına görə, Mercedes-Benz hərbi sektorda mövqelərini genişləndirməyi və iri müqavilələr bağlamağı planlaşdırır. Xüsusi maraq doğuran modellər arasında Wolf adı ilə tanınan Mercedes G-Class yolsuzluq avtomobilləri də var.
Daimler Trucks xəttində əsas diqqət Unimog, Sprinter furqonu və ağır yük maşınlarına yönəlib. Qəzet vurğulayır ki, Mercedes Quantum Systems ilə birlikdə “yük avtomobillərinin dron sürüləri ilə inteqrasiyası” üzərində işləyir.
Şirkət nümayəndəsi Bildə bildirib ki, Mercedes-Benz müdafiə konserninə çevrilməyi planlaşdırmır. Bununla belə, nəşr qeyd edir ki, şirkətin zavodlarında tank, artilleriya və döyüş sursatı istehsal olunmur, avtomobillərin hərbi avadanlıqla təchiz edilməsi isə tərəfdaş şirkətlər tərəfindən həyata keçirilir.

