2025-ci ildə Azərbaycan ilə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında ticarət dövriyyəsi 7,635 milyard ABŞ dolları təşkil edib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici 2024-cü illə müqayisədə 706,4 milyon ABŞ dolları və ya 10,2 faiz çoxdur.
Hesabat dövründə Azərbaycanın MDB ölkələrinə ixracı 4 faiz artaraq 1,767 milyard ABŞ dollarına çatıb. İdxal isə 12,2 faiz yüksələrək 5,231 milyard ABŞ dolları təşkil edib.

