Nəvəsinin andiçmə mərasimində iştirak etmək üçün Gəncəyə gələn 84 yaşlı kişinin meyiti iki gün sonra Göygöl rayonunda tapılıb.
Denmedia.az-nın yerli bürosunun məlumatına görə, Astara rayonunun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncəyə gəldikdən sonra itkin düşüb.
İki gündür axtarılan kişinin meyiti Göygöl rayonunun Hacıməlik kəndində aşkar edilib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

