Türkiyədə silahlı cinayətkar qruplaşmaya qarşı aparılan istintaq çərçivəsində “Barış Boyun” cinayət təşkilatının rəhbərlərindən biri Mehmet Recep Demir Azərbaycanda saxlanılıb.
“Anadolu” agentliyinin məlumatına görə, Demir barəsində ümumilikdə 48 axtarış qərarı çıxarılıb.
O, Azərbaycanda dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunaraq həbs edilib.
Bundan sonra İstanbul Baş Prokurorluğu Demirin Türkiyəyə ekstradisiyası üçün Azərbaycanın müvafiq məhkəmə orqanlarına rəsmi sorğu göndərib.

