Bu gün Bakının Nəsimi rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə “Azəriqaz” məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadək Nəsimi rayonunun 5-ci mikrorayonunda, 3005-ci məhəlləsində və 20 Yanvar küçəsində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

