Ağsuda avtomobilin vurduğu 69 yaşlı piyada hadisə yerində həlak olub.
Hadisə rayonun Ərəbuşağı kəndi ərazisində qeydə alınıb.
Zaman Piriyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Mirzağa Məmmədovu (69 yaş) vurub.
Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

