Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları ölkə ərazisi vasitəsilə ABŞ-dan Rusiyaya odlu silah tədarük edən cinayətkar qrupun fəaliyyətinin qarşısını alıb.
Den.az xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat mərkəzi məlumat yayıb.
“Komitə ABŞ-Qırğızıstan-Rusiya marşrutu üzrə odlu silah, sursat və hərbi texnikanın qanunsuz dövriyyəsi və qaçaqmalçılığı üçün sabit kanal yaradan transmilli qrupun cinayətkar fəaliyyətini müəyyən edib və dayandırıb. 2022-ci ildən bu günə qədər onlar Qırğızıstan vasitəsilə Rusiyaya 300-dən çox odlu silah daşıyıb, əsas müştəriləri də cinayətkarlardır. Cinayətkar qrupa ABŞ, Rusiya və Qırğızıstan vətəndaşları daxildir. Onların sayı, adları və soyadları hələlik istintaqın maraqları baxımından açıqlanmır”, - məlumatda deyilib.
Günəş Fərəh
Den.az
Qırğızıstan ABŞ-dan Rusiyaya silah daşıyan cinayətkar qrupu ələ keçirib

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.