Tərtərdə qız qaçırma hadisəsinə görə 2 nəfərə ağır cəza verilib. Qız qisas məqsədi ilə qaçırdıldığını, oğurlandığını deyib.
Hadisə Tərtərin kəndlərindən birində baş verib. Qaçırılan zaman 20 yaşı olan Sevda (ad şərtidir) kursdan gəlirmiş. Onu avtobusdan düşəndə həmkəndlisi olan iki nəfər zorla maşına mindirib.
Məlumata görə, onun əllərindən və ayaqlarından tutaraq zorla maşına mindiriblər və bu zaman qız bədən xəsarətləri də alıb. Bunu görən qonşulardan biri hadisəyə müdaxilə etmək istəyib. Əlində olan küt alətlə maşına zərbə də vurub. Maşının ön şüşəsi sınıb. Amma həmin şəxslər əməllərini sonlandırmaq üçün yollarına davam ediblər.
Qızı evlənmək niyyəti ilə qaçırdığını deyən 38 yaşlı Rəşada (ad şərtdiri) öz qohumu kömək edib. Onlar qızı Rəşadın qardaşının evinə aparıblar. Amma yolda maşını dəyişiblər. Çünki düşünüblər ki, şüşəsi sınıq maşınla yollarına davam etsələr, polisin diqqətini çəkə bilərlər.
Rəşad qızı zorla Qobu qəsəbəsinə gətirib və onunla cinsi münasibətdə olub. Buna görə ona qarşı adam oğurluğu ilə yanaşı zorlama maddəsi ilə də ittiham irəli sürülüb.
Dindirilən zaman Rəşad deyib ki, qızı evlənmək niyyəti ilə qaçırıb və qızın da bunda razılığı olub. Əlavə edib ki, qızla onun razılığı əsasında münasibətdə olub.
Zərərçəkmiş kimi tanınan Sevdanın dediklərində hadisənin digər təfərrüatları məlum olub.
Sevdanın sözlərinə görə onu qaçıran Rəşad daha əvvəl onun bacısını sevirmiş: “Məni zorla qaçırıblar. Mən onu heç vaxt sevməmişəm. Aramızda yaş fərqi çoxdur. O əvvəl mənim bacımı sevirdi. Lakin bacım öz sevdiyi şəxslə qoşulub qaçdı. Bu adam da atama demişdi ki, səndən qisas alacam. Bacımın qisasını almaq üçün məni qaçırıb. Mən könüllü getmişdimsə, telefonum niyə maşında qaldı? Könüllü getsəydim, atama, anama məlumat verərdim. Məni apardıqları evdə iki xanım da var idi. Ağlayıb onlardan da kömək istədim. Zorla gətirildiyimi dedim. Amma mənə kömək etmədilər”.
Açılan cinayət işi üzrə üçüncü şəxs- Rəşadın qardaşı da məsuliyyətə cəlb edilib. Lakin zərərçəkmiş şəxs ondan şikayətçi olmayıb. Digər iki şəxsə isə ağır cəza verilməsini tələb edib.
Məhkəmə Rəşada 11 il, ona kömək edən və adam oğurluğunda təqsirli bilinən qohumuna isə 9 il azadlıqdan məhrum etmə cəzası təyin edib.
Üçüncü şəxs isə şərti cəza alıb. Məhkəmə belə qənaətə gəlib ki, həmin şəxsin qızın zorla qaçırılmasından xəbəri olmayıb. (Musavat.com)
İstədiyi qızı vermədilər, bacısını qaçırdı: 20 yaşlı qız başına gətirilən dəhşəti danışıb — TƏFƏRRÜAT

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.