Abşeronda ev yiyəsi evinə çağırdığı ustanı bıçaqlayaraq qətlə yetirib.
Denmedia.az xəbər verir ki, hadisənin zarafat üstündə törədildiyi ehtimal edilir.
Dəhşətli hadisə rayonun Saray qəsəbəsi Üzümlük yaşayış massivi 74-cü məhəlləsində fərdi yaşayış evində baş verib.
Məlumata görə, qəsəbə sakini, 53 yaşlı Vüqar Abuzərov münaqişə zəminində həmyerlisi, 54 yaşlı Adil İmambaxışova bıçaqla xəsarətlər yetirib. Ağır yaralanan Adil İmambaxışov aldığı xəsarətlərdən həyatını itirib. Hadisənin təfərrüatlarına gəlincə , ilkin araşdırmalara əsasən, ev yiyəsi evinə təmir işləri üçün usta çağırıb. Onların arasında zarafatla başlanan söhbət mübahisəyə çevrilib. Münaqişə qızışdıqdan sonra Vüqar Abuzərov ustanı bıçaqlayaraq qətlə yetirib.
Dərhal əraziyə polis əməkdaşları cəlb olunub. Cinayəti törədən şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır.

