İsveçin Malmö şəhərində avtomobilə atəş açılması ilə bağlı 12 yaşlı yeniyetmə saxlanılıb. Bu barədə “The Daily Star” yazır.
İstintaqın məlumatına görə, yeniyetmə 250 min kron qarşılığında konkret bir şəxsi öldürməli imiş, lakin səhv edərək başqa birinə atəş açıb. Nəticədə 21 yaşlı gənc həlak olub. Onun cəsədi şəhər küçələrindən birində avtomobilin içində güllə yarası ilə tapılıb.
Polis müəyyən edib ki, şübhəli şəxs cinayəti törətmək üçün xüsusi olaraq Malmö şəhərinə gəlib və ehtimal olunur ki, bu onun ilk “sifarişi” olmayıb. O, ölkə tarixində odlu silahla törədilən qətldə şübhəli bilinən ən gənc şəxs hesab olunur.
Yeniyetmə çərşənbə axşamı saxlanılıb, lakin yaşına görə həbs edilə bilməz.
Son illərdə İsveçdə bandalar tərəfindən törədilən zorakılıq halları artıb və bu qruplar cinayət fəaliyyətinə getdikcə daha çox yetkinlik yaşına çatmayanları cəlb edirlər.

