Bakıdakı “İdrak Liseyi”ndə silahlı insident baş verib.
Hadisə Binəqədi rayonu ərazisindəki təhsil müəssisəsində qeydə alınıb.
DenMedia.az Unikal-a istinadən xəbər verir ki, liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib. Güllələnən şəxs liseyin riyaziyyat müəllimi olub. Xəsarət yetirilən müəllim xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğunu bildirilir.
Valideynlər hazırda öz övladlarını liseydən götürürlər.

