Balakəndə bıçaqlanma hadisəsi qeydə alınıb.
DenMedia.az oxu.az-a istinadən xəbər verir ki, hadisənin şəhərdə yerləşən mağazalardan birində baş verdiyi bildirilir.
30 yaşlı Nicat Qocayev şəxsi münaqişə zəminində tanışı, həmyaşıdı Nureddin Dadaevi kəsici alətlə yaralayıb. Yaralı şəxs xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

