İnsan alverində ittiham olunan Endryu Teyt və qardaşı Tristan Teyt Böyük Britaniyanın sorğusu əsasında Mayamidə həbs edilib.
Bu barədə Associated Press ABŞ Federal Məhkəmə İcraçıları Xidmətinə və vəziyyətlə tanış mənbəyə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Böyük Britaniya qardaşların ekstradisiyasına nail olmağa çalışır.
Britaniyada Endryu və Tristan Teytə qarşı zorlama və insan alveri ittihamları irəli sürülüb.
Rumıniya istintaqının versiyasına görə, qardaşlar 2015-ci ildə qızları videoçatlarda işləməyə cəlb edən cinayətkar qrup yaradıblar.
İstintaq iddia edir ki, həmin qızlar pornoqrafik materialların hazırlanmasında iştirak etməyə məcbur ediliblər və bu materiallar daha sonra ödənişli platformalarda yerləşdirilib.

