ABŞ-nin Missisipi ştatında 69 yaşlı Cerri Robi 42 yaşlı oğlu Con Geyteri öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilib.
Bu barədə Daily Mail nəşri məlumat yayıb.
Hadisə 2023-cü ildə baş verib. Məlumata görə, qadın oğlunu güllələyib, daha sonra onun cəsədini evdəki saxta divarın arxasında gizlədib.
Bundan sonra o, bir neçə həftə ərzində telefon danışığı və yazışmalarda özünü oğlu kimi təqdim etməyə çalışıb.
Polis Con Geyterin axtarışlarına 2023-cü ilin dekabrında onun qardaşının müraciətindən sonra başlayıb. Qardaşı bildirib ki, təxminən bir həftədir ondan xəbər ala bilmir. Halbuki Geyter avtomobil almaq üçün Luizianaya getməli idi.
Daha sonra Geyterin ögey anası və qardaşı yenidən polisə müraciət ediblər. Onlar kişinin nömrəsindən zəng və mesajlar aldıqlarını, lakin bunların Geyterin özü tərəfindən göndərildiyinə şübhə etdiklərini bildiriblər.

