Futbol hakimi Xavyer Orteqa Ekvadorda keçirilən oyun zamanı silahlı hücum nəticəsində həlak olub. Bu barədə LA100 məlumat yayıb.
Hadisə çərşənbə axşamı El Oro şəhərində həvəskar komandalar arasında keçirilən matç zamanı baş verib. Şahidlərin sözlərinə görə, insident qəfil baş verib. Hakim ən azı bir güllə yarası alıb və hadisə yerində həyatını itirib.
Yerli hakimiyyət orqanları hücum edən şəxslərin kimliyini və cinayətin motivlərini müəyyən etmək üçün polis və məhkəmə araşdırmasına başlayıb. Yarışın təşkilatçıları baş verənlərin səbəbləri aydınlaşana qədər bütün oyunları müvəqqəti dayandırıb.

