Azərbaycan ərazisindən tranzit yolla 79 kiloqram 740 qram marixuananın keçirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, Astara gömrük postunda İrandan Rusiyaya kahı və kərəviz daşıyan yük avtomobili saxlanılaraq yoxlanılıb.
Rentgen qurğusu və xidməti itin köməyi ilə aparılan yoxlama zamanı yükün içərisində gizlədilmiş şübhəli bağlamalar aşkarlanıb.
Kərəviz adı altında rəsmiləşdirilmiş 230 qablaşdırmadan ümumilikdə 79 kiloqram 740 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

