Hindistanda altı aylıq hamilə olan 19 yaşlı qızın boğularaq öldürülməsi ilə bağlı 20 yaşlı gənc saxlanılıb.
Denmedia.az “The Times of India” nəşrinə istinadən xəbər verir ki, hadisə ölkənin Qucarat ştatının Banaskanta rayonundakı Keşarpura kəndində baş verib.
Noyabrın 19-da 19 yaşlı Sapna Qamarın meyiti kəndin kənarında aşkarlanıb. İlkin baxış zamanı qızın bədənində gözlə görünən xəsarət izləri müəyyən edilmədiyindən hadisə əvvəlcə ölüm səbəbi məlum olmayan hal kimi qeydə alınıb.
Lakin sonradan aparılan məhkəmə-tibbi ekspertiza qızın boğularaq öldürüldüyünü üzə çıxarıb. Məlum olub ki, o, altı aylıq hamilə imiş.
Ekspertizanın nəticələrindən sonra polis qətl faktı üzrə cinayət işi açıb. İstintaq çərçivəsində mümkün şahidlər dindirilib, toplanmış məlumatlar yoxlanılıb və mərhumun telefon zəngləri araşdırılıb.
Nəticədə şübhələr qızla eyni kənddə yaşayan 20 yaşlı gəncin üzərində cəmləşib. Həmin şəxs bir neçə saat ərzində saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.

