İyun ayı bəzi bürclər üçün maddi baxımdan əsl sıçrayış dövrü olacaq.
Den.az xəbər verir ki, ulduzlar bu bürclərin qarşısına yeni imkanlar və sürpriz gəlirlər çıxarır.
Buğa (20 Aprel – 20 May)
Buğalar üçün iyun ayı maliyyə baxımından çox məhsuldar olacaq. Uğurlu investisiyalar, əlavə qazanc yolları və gözlənilməz gəlirlər gündəmdədir. Səbrlərinin bəhrəsini alacaqlar!
Əkizlər (21 May – 20 İyun)
Doğum gününü qeyd edən Əkizlər üçün həm hədiyyələr, həm də maliyyə sürprizləri var. Yeni layihələrdən gəlir əldə etmək və əməkdaşlıqlardan fayda qazanmaq ehtimalı yüksəkdir.
Qız (23 Avqust – 22 Sentyabr)
İyun ayı Qızlar üçün planların həyata keçdiyi, zəhmətin qarşılığının gəldiyi bir dövr olacaq. Xüsusilə yaradıcılıq və təhlil tələb edən işlərdən gəlir əldə edə bilərlər.
Oğlaq (22 Dekabr – 19 Yanvar)
Oğlaqlar üçün iyun ayı əlavə qazanc dövrüdür. Əvvəldən qurduqları planlar və uzunmüddətli layihələr bu ay nəticə verə bilər. Qənaətli olduqları üçün əldə etdiklərini daha da böyütməyi bacaracaqlar.