Sumqayıtda qeyri-adi təbiət hadisəsi qeydə alınıb.
DenMedia.az xəbər verir ki, şəhərdə yerləşən yataqxanalardan birinin binasında diqqətçəkən mənzərə yaranıb.Binanın daş divarından əncir ağacı bitib.
Maraqlısı odur ki, ağac torpaqsız, sırf beton və daş arasında boy atıb. İri gövdəli və yaşıl yarpaqlı əncir binanın divarına sıx şəkildə kök salaraq böyüyüb. Hadisə şahidləri bildirirlər ki, ağac sanki betondan qidalanır və bu qədər möhkəm inkişafı ilə hər kəsi heyrətə gətirir.
Mütəxəssislər bu kimi halların nadir də olsa, təbiətin gücünü nümayiş etdirdiyini qeyd edirlər. Onların sözlərinə görə, quşlar və ya külək vasitəsilə divar çatlarına düşən toxumlar minimal nəm və günəş işığı ilə belə cücərə bilər.
Hazırda ağac sakinlərin və ərazidən keçənlərin diqqət mərkəzindədir. Bir çoxları bu qeyri-adi mənzərəni görmək üçün binanın qarşısına gələrək şəkil çəkir.
Ellada Rəsul
DenMedia.az