“Meta” şirkəti “Vibes” adlı yeni sosial şəbəkəsini təqdim edib. Bu platforma “TikTok” və “Reels”ə bənzəsə də, əsas fərqi ondadır ki, burada yayımlanan bütün videolar süni intellekt vasitəsilə hazırlanır.
DenMedia.az Globalinfoya istinadən xəbər verir ki, istifadəçilər “Vibes”da videoları sıfırdan generasiya edə, başqalarının kontentini “remiks” edə, musiqi əlavə edərək nəticəni İnstaqram və Feysbukda paylaşa bilirlər.
Lakin yeniliyə münasibət birmənalı olmayıb. Bir çox istifadəçi şərhlərdə bu cür videoları müsbət yenilik kimi qəbul etməyib, “zibil kontent” adlandıraraq, sosial şəbəkələrdə artıq kifayət qədər oxşar materialların olduğunu bildirib.