Denmedia.az xəbər verir ki, infeksionist Mariat Muxina LIFE.ru-ya açıqlamasında bildirib ki, zamanla klaviaturalarda bakteriyalar, viruslar, göbələklər və mikroorqanizmlərin sporları toplanır. Onların bəziləri bir neçə ay ərzində sağ qala bilir.
Muxinanın sözlərinə görə, əllə təmas bir çox yoluxucu xəstəliklərin əsas ötürülmə yoludur:
“İnsan yazır və danışır, bu zaman tüpürcək damcıları klaviaturaya düşür, dəridən hissəciklər qalır. ‘Əl – ağız – selikli qişa’ zənciri ilə birlikdə çirklənmiş səthlər xəstəliklərin yayılması üçün ideal şərait yaradır.”
Həkim qeyd edib ki, bu yolla stafilokok, streptokok və enterobakteriyalar orqanizmə daxil ola bilər. Nəticədə dəri iltihabları, bağırsaq pozğunluqları və hətta sidik yolları infeksiyaları baş verə bilər.