Hamımız mütəmadi olaraq duş qəbul edir və bu proses zamanı müxtəlif bədən baxım vasitələrindən istifadə edirik. Lakin məlum olur ki, insanların əksəriyyəti yuyunarkən bədənin bir hissəsini tamamilə diqqətdən kənarda qoyur.
Adətən hər kəs əlləri, ayaqları, qarnı, kürəyi və sinəni diqqətlə yuyur, lakin demək olar ki, hamı göbəyi unudur. Bu isə ciddi problemlərə səbəb ola bilər.
Məsələ ondadır ki, göbək quruluş xüsusiyyətlərinə görə çoxlu miqdarda kir toplayır. Bu kir isə bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır.
Nəticədə müxtəlif səpkilər, iltihablar və dəri problemləri meydana çıxa bilər. Mütəxəssislər gigiyena zamanı bu nahiyənin də diqqətlə təmizlənməsinin vacib olduğunu vurğulayırlar.

