Yetkin insan üçün gündüz vaxtı maksimum 15–20 dəqiqə yatmaq məqbul hesab olunur.
Bunu NSN-ə açıqlamasında somnoloq Pavel Kudinov bildirib.
Onun sözlərinə görə, belə qısa istirahət insanın məhsuldarlığını və diqqətini artıra bilər.

Gündüz yuxululuğu təhlükəli ola bilər. Yuxu zamanı nəfəsin dayanması problemi mövcuddur. Gecə vaxtı nəfəs periodik olaraq dayandığı üçün beyin kifayət qədər dincəlmir və insan sanki ümumiyyətlə yatmamış kimi oyanır. Gündüz yuxululuğu da səkkiz saat əvəzinə cəmi üç-dörd saat yatdıqda ortaya çıxır. Gündüz yuxusu 15–20 dəqiqə həddində məqbuldur. Bu, iş qabiliyyətini və diqqət konsentrasiyasını artıra bilər, — deyə Kudinov bildirib.

