Amerikalı alimlər insanın xəstə pişiklə təmas nəticəsində H5N1 quş qripi ştammına yoluxmasının ilk sənədləşdirilmiş halını təsdiqləyiblər. Heyvanın özünün yoluxmasına isə “dəbli” qidalanma üsulu — çiy ət və pasterizə edilməmiş süd səbəb olub.
Bu barədə IFLScience nəşri yazır.
Yoluxma necə baş verib?
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin, yəni CDC-nin yayımladığı hesabat Los-Ancelesdə başlayan hadisələri təsvir edir.
Ev pişiyi çiy yem qəbul etdikdən sonra xəstələnib. Simptomlar ağır olub: tənəffüs problemləri, ağciyərlərin zədələnməsi, ətraflarda zəiflik, koordinasiya pozğunluğu və görmənin tədricən itməsi müşahidə edilib.
Sahibləri sevimli heyvanlarını xilas etmək üçün dörd fərqli baytarlıq klinikasına müraciət ediblər. Lakin daha sonra pişikdə H5N1 virusu təsdiqlənib.
Bu hadisə Kaliforniyada baş verən yoluxma dalğasının bir hissəsi olub. Həmin dalğa zamanı 19 pişik xəstələnib, onlardan 14-ü ölüb və ya evtanaziya edilib.

