Gününü planlaşdırarkən bir çox insan getdikcə daha çox ulduzların “məsləhətlərinə” üz tutur. Hansı işləri planlaşdırmaq olar? İşdə və sevgidə uğur gətirməsi üçün hansı geyim və zinət əşyaları seçilməlidir? Orqanizmin hansı hissəsinə xüsusi diqqət yetirmək lazımdır? Hansı rəqəm uğurlu olacaq? Nəyi qətiyyən etmək olmaz? Bütün bu suallara günün qoroskopu cavab verir.
Bu günün Ay təqvimi üzrə xüsusiyyətləri belədir:
Günün astroloji tövsiyəsi: yeni işlərə başlamaq məsləhət görülmür. Günün birinci yarısında uğura gedən yolda əsəbilik və aqressiya mane ola bilər, ikinci yarısında isə enerji azalması hiss oluna bilər. Bununla belə, həm peşəkar, həm də şəxsi həyatı planlaşdırmaq olar və lazımdır. Bu planlarda təkcə reallığa deyil, fantaziyalara və arzulara da yer ayırmaq mümkündür.
Günün simvolu: Üçüncü göz
Günün ünsürü: Su
Günün uğurlu rəqəmi: 1
Günün uğurlu rəngləri: al, qırmızı, qara
Günün uğurlu daşları: kvars, dağ bülluru, brilyant
Diqqət yetirilməli bədən hissəsi: başın üz nahiyəsi və baş beyin
Günün xəstəlik riski: baş beyin və mədə-bağırsaq sistemi ilə bağlı problemlərin yaranma ehtimalı yüksəkdir. Həmçinin infeksiyaya yoluxmaq riski də var.
Günün qidalanması: acı və çox isti yeməklərdən imtina etmək lazımdır. Zərərli, xüsusilə yağlı və ətli qidaları tərəvəz və meyvələrlə əvəz etmək məsləhətdir. Rasiona şəkərsiz bitki çayları əlavə etmək də faydalı sayılır.
Günün saç kəsimi: saç kəsdirmək qətiyyən tövsiyə olunmur.
Bağ işləri: bağ sahəsinin təmizlənməsi, qurumuş budaqların kəsilməsi və zərərvericilərlə mübarizə üçün uyğundur.
Günün magiyası və mistikası: nəzər və mənfi enerjidən təmizlənmə, qoruyucu talisman və amulet hazırlamaq üçün münasib gün sayılır. Fal, istər falçı vasitəsilə, istərsə də müstəqil şəkildə baxılsın, vacib suala cavab verə bilər.
Günün yuxuları: xoşagəlməz yuxu görsəniz, onu dərhal unutmağa çalışın və ya heç olmasa heç kimə danışmayın. Belə olduqda onun gerçəkləşməyəcəyi düşünülür.

Günün tabusu: başqa bir insana qarşı pis niyyət qurmaq olmaz. Çünki istənilən mənfi enerji onu göndərən şəxsin özünə qayıda bilər.
Günün sitatı:
“Bəli” və “xeyr” sözləri nə qədər qısa olsa da, ciddi düşünmə tələb edir- Pifaqor

