Xroniki stress panik ataklara səbəb ola bilər. Bunu “Radio 1”ə açıqlamasında klinik psixoloq Darya Salnikova bildirib.
Onun sözlərinə görə, uzunmüddətli stressin digər nəticələrindən biri də əzələ gərginliyi və əzələ sıxılmalarıdır.
“Buna görə insanlar masaja, spa prosedurlarına, idmana və digər vasitələrə üz tuturlar. Əzələ sıxılmaları dərinin hamar görünməsinə və elastikliyinə müsbət təsir etmir. Hətta nevroloqlar arasında hazırda ən çox rast gəlinən diaqnozlardan biri çənə oynaqları nahiyəsində əzələ gərginliyi ilə bağlıdır”, — deyə Salnikova bildirib.
Psixoloq vurğulayıb ki, bu vəziyyət dərinin keyfiyyətinə də təsir edir. Onun sözlərinə görə, xroniki stress kollagen istehsalını zəiflədə bilər.

