Nazirlər Kabineti 4 yanvar 2001-ci il tarixli "Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı"nda dəyişiklik edilib.
Denmedia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.
Qərara əsasən, minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və yaxud bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin valideynləri, dul arvadları (ərləri) və övladları güzəştdən istifadə etmək üçün Minatəmizləmə Agentliyinin arayışını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun və yaxud "DOST" mərkəzinin arayışını, eləcə də Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin arayışlarını təqdim etməli olacaqlar.

