İtaliyalı əfsanəvi modelyer, Valentino moda evinin qurucusu Valentino Garavani, 19 yanvar tarixində Roma şəhərindəki evində vəfat edib.
Bu barədə Corriere della Sera məlumat yayıb. Dizaynerin 93 yaşı olub.
Valentino Qaravani 1960-cı ildə Giancarlo Giammetti ilə birlikdə öz adını daşıyan moda evini yaradıb. Brend qısa müddətdə beynəlxalq uğur qazanaraq Hollivud ulduzları və dünya elitası ilə əməkdaşlığa başlayıb və yüksək dəbin simvollarından birinə çevrilib.
1998-ci ildə təsisçilər moda evini HdP qrupuna satıblar. Şirkət daha sonra, 2002-ci ildə, Marzotto qrupunun nəzarətinə keçib. Valentino Qaravani 2007-ci ilə qədər brendin yaradıcı rəhbəri olaraq fəaliyyətini davam etdirib və moda tarixində silinməz iz qoyub.

