Britaniyalı musiqiçi, Black Sabbat qrupunun vokalisti Ozzi Osbornun ailəsi ABŞ Konqresi tərəfindən mükafata layiq görülüb.
Bu barədə Fox News məlumat yayıb.
Telekanalın məlumatına görə, əfsanəvi rok musiqiçisinin irsi “Konqres qeydləri”nə daxil edilib. Bununla da ABŞ-da Ozzi Osbornun musiqi tarixindəki xidmətləri xüsusi şəkildə qeyd olunub.
Fox News-un yayımladığı kadrlarda mükafatı sənətçinin həyat yoldaşı Şeron Osbornun qəbul etdiyi görünür.
Ozzi Osborn 2025-ci il iyulun 22-də, 76 yaşında vəfat edib. Bu, onun doğulub boya-başa çatdığı evdən cəmi 500 metr aralıda yerləşən “Aston Villa” futbol klubunun stadionunda, Birmingemdə verdiyi vida konsertindən üç həftədən də az müddət sonra baş verib.
Uzun müddət əvvəl diaqnoz qoyulmuş Parkinson xəstəliyi səbəbindən “Zülmət şahzadəsi” artıq yeriyə bilmirdi və son çıxışını qara taxtda əyləşərək etmişdi. Bir neçə il əvvəl kvadrosikldən yıxıldıqdan sonra keçirilən onurğa əməliyyatı zamanı həkimlər musiqiçinin boyun nahiyəsindəki sinir uclarına zərər vurmuş, bundan sonra xəstəliyi daha da irəliləmişdi.

