Azərbaycanın Xalq rəssamı Ömər Eldarovun səhhəti xeyli yaxşılaşıb.
DenMedia.az qafqazinfo-a istinadən xəbər verir ki, 98 yaşlı heykəltəraş bildirib ki, müalicəsini ev şəraitində davam etdirir və artıq özünü daha yaxşı hiss edir.
98 yaşlı heykəltəraş müalicəsini ev şəraitində davam etdirdiyini və artıq özünü daha yaxşı hiss etdiyini bildirib.
“Ümid edirəm ki, bir neçə gün ərzində tam sağalacağam. Göstərilən diqqət, qayğı və dəstəyə görə Heydər Əliyev Fonduna və hörmətli Mehriban Əliyevaya səmimi təşəkkürümü bildirirəm. Yardıma görə çox sağ olun”, — deyə o bildirib.
Xatırladaq ki, Ömər Eldarov ötən gün xəstəxanaya aparılıb və zəruri müayinələrdən keçib. Həkimlərin müayinəsindən sonra müalicəsini evdə davam etdirməsi üçün evə buraxılıb.

