Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olunub.
Denmedia.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Yeni direktor Natəvan Həsənova artıq kollektivə təqdim olunub.
Natəvan Həsənova Azərbaycan Milli Konservatoriyasında qanun ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb və hər iki pilləni fərqlənmə ilə başa vurub.
Daha sonra dissertasiya işini müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib.
O, 2004-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrində, 2007-ci ildən isə Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyət göstərir.
Natəvan Həsənova müxtəlif dövlət əhəmiyyətli tədbirlərdə solist və orkestr musiqiçisi kimi çıxış edib.
O, 2015-ci ildə ABŞ-nin Nyu-York şəhərindəki “Carnegie Hall”da keçirilən müsabiqədə I yerə layiq görülüb və “Ən yüksək performans” diplomu ilə təltif olunub.

