Xalq artistiZaur Rzayev xəstəxanaya yerləşdirilib.
Denmedia.az xəbər verir ki, sentyabrın 5-də müğənninin səhhəti pisləşib və həkim nəzarətinə götürülüb.
Yaxınlarının bildirdiyinə görə, Z.Rzayev reanimasiyadadır:
"Böyrək, qaraciyər çatışmazlığından əziyyət çəkir. Həkimlər vəziyyətini ağır olaraq qiymətləndirir. Nəzarətdə saxlayırlar, müalicələr gedir".

