Avqustun 28-də Yeni Klinikaya hospitalizasiya olunan Xalq artisti Şükufə Yusupovanın stasionar müalicəsi başa çatıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, sənətçiyə zəruri tibbi xidmət göstərilib və o, dünən ambulator müalicəsini davam etdirmək üçün evə buraxılıb.

