Avqustun 22-də yolu keçərkən avtomobil vuran Azərbaycanın Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü Şükufə Yusupovanın vəziyyəti açıqlanıb.
Denmedia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən bildirilib ki, 72 yaşlı aktrisanın hazırkı vəziyyəti qənaətbəxşdir.
Onun müalicəsi stasionar şəraitdə davam etdiriləcək.
Qəza nəticəsində Şükufə Yusupovanın çanaq və qabırğalarında sınıqlar yaranıb və o, xəstəxanaya yerləşdirilib.

