Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin tələbəsi Əliyeva Rəqsanə Aydın qızı uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.
“Den.az” xəbər verir ki, bu barədə kollec məlumat yayıb.
Onun Təsviri incəsənət müəllimliyi ixtisasının IV kurs tələbəsi olduğu bildirilir.
Allah rəhmət eləsin!
Qeyd edək ki, ötən gün iki tələbənin də vəfat etməsi ilə bağlı xəbər vermişdik. Bunlar Odlar Yurdu Universitetinin Maliyyə ixtisasının 1-ci kurs tələbəsi Sürayə Canbaxışlı və Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Elçin Əliyevdir.
E.Əliyevin dəm qazından vəfat etdiyi məlum olsa da, digər tələbənin hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb.
Daha bir tələbə vəfat etdi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.