Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunda yerləşən yanacaqdoldurma məntəqəsinin ərazisində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.
“Den.az” xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanacaqdoldurma məntəqəsinin ərazisində qoşqusunda tutumu 37 ton dizel yanacağı olan “MAN” markalı yanacaqdaşıyan avtomobillə “KAMAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və yanacaqdaşıyan yük avtomobilinin çəninin zədələnərək dizel yanacağının ətrafa dağıldığı, məntəqə üçün ciddi təhlükənin yarandığı müəyyən olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş müvafiq tədbirlərlə ərazidə mümkün yanğın-partlayış təhlükəsi aradan qaldırılıb.
Yanacaqdaşıyan maşınla “KAMAZ” toqquşdu - Dizel ətrafa dağıldı - Video

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.