Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə FHN-də yeni kadr dəyişikliyi həyata keçirilib. Əmrə əsasən, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Xidməti Yoxlama Şöbəsinə yeni Baş inspektor təyin olunub.
Den.az xəbər verir ki, bu vəzifəyə FHN-nin Nəsimi Rayon Yanğından Mühafizə Bölməsində rəis müavini vəzifəsində çalışmış kapitan Sadiq Quliyev gətirilib. Yeni təyinatla kapitan Quliyev Dövlət Yanğından Mühafizə sahəsində nəzarət və yoxlama fəaliyyətlərinə rəhbərlik edəcək.
Qeyd edək ki, Sadiq Quliyev xidmət dövründə peşəkarlığı və məsuliyyətli fəaliyyəti ilə seçilən əməkdaşlardan biri kimi tanınır.
Yeni təyinat FHN-də strukturun daha da gücləndirilməsi və fəaliyyətin effektivliyinin artırılması məqsədi daşıyır.
Məlumat üçün bildirək ki, Sadiq Quliyev 2022-ci ildə Prezidentin sərəncamı ilə 3-cü dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib.
Ellada Rəsul
Den.az