Bakıda və Abşeron yarımadasında noyabrın 5-i gündüzədək arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində yağıntının leysan xarakterli olacağı, noyabrın 4-dən 5-nə keçən gecə və səhər isə bəzi yerlərdə yağışın intensivləşəcəyi gözlənilir.
“Denmedia.az” xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın rayonlarında noyabrın 5-i gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, çaylarda sululuğun artacağı ehtimal olunur.

        
        
                
                
                
                