İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) bir sıra kadr dəyişiklikləri olub.
DenMedia.az “PostMedia”-ya istinadən xəbər verir ki, DVX rəisi Orxan Nəzərlinin əmri ilə Şahin Məmmədov qurumun Media və kommunikasiya idarəsinə rəis müavini təyin edilib.
Məlumata görə, Şahin Məmmədov bu təyinata qədər DVX-nın Media şöbəsinin rəisi olub.
DVX sədrinin digər ərmi ilə Günel Bəhramqızı Media və Kommunikasiya idarəsinin rəis müavini - media şöbəsinin rəisi təyin edilib.



